AZ

ABŞ İrandan cavab zərbəsi gözləyirdi

Bakı. Trend:

Donald Tramp administrasiyası ABŞ-nin İranın nüvə obyektlərinəaviazərbələr endirməsindən sonra Tehrandan cavab addımı atacağınıgözləyirdi.

Trend xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisibildirib.

"Onların cavab verəcəklərini bilirdik. Süleymani öldürüldükdənsonra da eyni hadisə baş verib", - deyə o, 2020-ci ildə ABŞ-ninzərbəsi nəticəsində iranlı general Qasem Süleymaninin öldürülməsinəstinadən bildirib.

Mənbə bildirib ki, prezident Donald Tramp zərurət yaranarsa,ABŞ-nin regionda hərbi əməliyyatlarını gücləndirməyə hazırdır.

Qeyd edək ki, İran ABŞ-nin Qətər və İraqdakı bazalarına raketzərbələri endirib.

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi”adlanır.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ınQətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslamRespublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbitəcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavabolaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və“Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyialtında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) QətərdəkiƏl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatdabildirilib.

Qətərin Müdafiə Nazirliyi İranın Əl-Udeyd aviabazasını hədəfalan raket hücumunun uğurla dəf edildiyini bildirib.

"Allahın köməkliyi və hərbi qulluqçularımızın yüksək hazırlığısayəsində hücum operativ şəkildə zərərsizləşdirilib. Hadisənəticəsində itki və xəsarət alan olmayıb", - məlumatda deyilir.

Seçilən
13
az.trend.az

1Mənbələr