ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi cinayət sxemini üzə çıxarıb. Məlum olub ki, "Alrosa" şirkətində hazırlanan Rusiya almazları qanunsuz olaraq Ermənistana, birbaşa deputat-oliqarx Xaçatur Sukiasyan üçün daşınıb. Qara keçmişi olan parlamentari respublikanın baş naziri Nikol Paşinyanın köhnə dostu və onun pul kisəsi hesab olunur.
Rusiyadan almaz qaçaqmalçılığının arxasında həqiqətən kimin dayandığı barədə NEWS.ru material hazırlayıb.

Məqalədə bildirilir ki, "Alrosa"dan oğurlanan qiymətli daşlar Ermənistana aparılıb və orada himayədarı biznesmen və Milli Assambleyanın deputatı Xaçatur Sukiasyan olan "ADM Diamonds" şirkətinin müəssisələrində emal edilib.

NEWS.ru-ya müsahibə verən Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) direktoru İqor Korotçenko bildirib ki cinayətkarlar üçün almaz biznesi yüksək gəlirli biznesdir.
"Qeyri-qanuni kanallar vasitəsilə brilyantların oğurlanması və ya daha az pula satın alınması olduqca sərfəli işdir. Ermənistanda təbii almazları emal edib üçüncü ölkələrə təkrar ixrac etmək və ya zərgərlik məmulatları kimi satmaq olar. Daha sonra onlar Avropa və ya ABŞ bazarında yenidən satıla bilər", - o deyib.
"Sukiasyanın adamlarının Rusiyada saxlanması onun qeyri-qanuni biznes prosesləri ilə məşğul olmasına dəlalət edir. Amma maraqlıdır ki, bu, indi bəlli olub. Baxmayaraq ki, bu məsələ ilə bağlı şübhələr əvvəllər də səslənib", - "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan NEWS.ru-ya bildirib.

Materialda bildirilir ki, Paşinyana yaxın bir şəxsin cinayət zəncirinin ifşası əslində Moskvanın Ermənistan hakimiyyətinə cavabıdır. Belə ki, bu yaxınlarda rusiyalı biznesmen Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki ay müddətinə saxlanılıb və həbs edilib. İş adamına qarşı cinayət işi açılıb. Bu, Karapetyanın Erməni Apostol Kilsəsinə dəstəyini ifadə etməsindən sonra baş verib.

Paşinyan Karapetyana məxsus Ermənistanın Elektrik Şəbəkələri QSC müəssisəsini milliləşdirmək planlarını açıqlayıb. Bütün bunlar Kreml tərəfindən mənfi qarşılanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.