Biz heç kimə hücum etməmişik və kiminsə təcavüzünə məruz qalmağı da qətiyyən qəbul etmirik.
Sfera.az xəbər verir ki, bunu İranın dini rəhbəri Seyid Əli Xamenei X hesabında yazıb.
“Biz heç kimin təcavüzünə boyun əyməyəcəyik. Bu, İran millətinin məntiqidir”, – Xamenei bildirib.
Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.