BAKI, 23 iyun. TELEQRAF
Fransa və Norveç bir sıra sahələrdə, o cümlədən təhlükəsizlik və texnologiya sahələrində strateji əməkdaşlıq haqqında razılığa gəliblər.
Teleqraf xəbər verir ki, müvafiq sazişi Fransa liderinin Osloya səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron və Norveçin baş naziri Jonas Qahr Stör imzalayıb.
"Norveç və Fransanı indi hərtərəfli strateji tərəfdaşlıq birləşdirir. Bizim ümumi maraqlarımız haqqında pakt: müdafiə, Şimal və Arktikanın təhlükəsizliyi, karbon izinin azaldılması, texnologiya və süni intellekt" - deyə, Makron X sosial şəbəkəsində yazıb.
AFP-nin məlumatına görə, bu əməkdaşlıq iki ölkənin orduları və bütövlükdə NATO ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsini, Uzaq Şimalda birgə əməliyyatların aparılmasını və müdafiə sektorunda sənaye layihələrinin dəstəklənməsini nəzərdə tutur.