ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin 3-cü turu start götürüb.
"Atletiko Madrid" Braziliya təmsilçisi "Botafioqo"nu 1:0 hesabı ilə yenərək xalllarının sayını 6-ya çatdırıb. İspaniya təmsilçisinin yeganə qolunu 87-ci dəqiqədə Antuan Qrizmann vurub.
PSJ isə ABŞ təmsilçisi "Sietl Saunders"in sürpriz etməsinə imkan verməyib - 2:0 hesabı. Parislilərin heyətində Xviça Kvaratsxeliya (35) və Əşrəf Hakimi (67) fərqləniblər.
Beləliklə, B qrupunda PSJ və “Botafoqo” 6 xalla növbəti mərhələyə vəsiqə qazanıblar. Eyni xala malik "Atletiko" qrupda qalıbsa, bütün oyunları uduzan "Sietl Saunders" qrup sonuncusu olub.