AZ

Tramp: "İsrail və İran atəşkəs üçün anlaşdı" - SON DƏQİQƏ

Yaxın Şərqdə müharibə 12-ci günündə olarkən ABŞ Prezidenti Donald Trampdan diqqətçəkən bir mesaj gəldi.

AzNews.az xəbər verir ki, Tramp özünə məxsus Truth Social sosial media platformasında açıqlama edərək, İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini və müharibənin 24 saat ərzində sona çatacağını irəli sürdü.

İran və İsrail arasında tam və qüsursuz atəşkəsin təmin olunacağı barədə tam razılıq əldə edildiyini bildirən Tramp, atəşkəsin əvvəlcə İran tərəfindən başlanacağını və 12-ci saatda İsrailin də atəşkəsə qoşulacağını qeyd etdi.

Tramp, 24-cü saatda "12 günlük müharibənin" rəsmi olaraq sona çatmasının dünya tərəfindən "təqdir olunacağını" iddia etdi.

Seçilən
17
aznews.az

1Mənbələr