AZ

Tramp İsrail və İran arasında müharibənin tam dayandırıldığını elan etdi

BAKI, 23 iyun. TELEQRAF

Tramp İsrail və İran arasında hərbi əməliyyatların tam və hərtərəfli dayandırıldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanlı məlumat yayıb.

"ABŞ prezidenti Donald Tramp İranın Qətərdəki Əl-Udeyd aviabazasına hücumundan sonra İsrail və İran arasında tam və hərtərəfli atəşkəs haqqında tam razılıq əldə etdiyini açıqlayıb. Atəşkəsin təxminən 6 saat ərzində qüvvəyə minəcəyini bildirən Tramp atəşkəsin ilkin olaraq 12 saat davam edəcəyini, bundan sonra isə müharibənin rəsmən bitəcəyini bildirib", deyə məlumatda qeyd olunur.

Tramp İsrail və İranı müharibəni sona çatdırmaq üçün göstərdiləri cəsarətə görə təbrik edib: "Müharibə illərlə davam edə və bütün Yaxın Şərqi viran qoya bilərdi".

Seçilən
12
1
teleqraf.com

2Mənbələr