AZ

İran Amerika bazasına hücumdan əvvəl ABŞ-ı xəbərdar edib - Qlobal mediadan şok iddia...


ABŞ-ın “New York Times” qəzeti və İsrail mətbuatının yaydığı məlumata görə, İran Qətərdəki ABŞ bazasına hücumu Qətərlə koordinasiyalı şəkildə həyata keçirib.

Sözügedən xəbərdə İranın Qətərə ABŞ-ın Əl-Udeyd hava bazasına hücum edəcəyi barədə əvvəlcədən məlumat verdiyi iddia edilib. Qətər isə təbii ki, bu məlumatı ABŞ-a ötürüb.

İran ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab olaraq Qətərdəki Əl-Udeyd aviabazasına raket hücumu təşkil etdiyini açıqlamışdı. İranın Qətərdəki ABŞ bazasına hücumundan sonra Küveyt, Bəhreyn və İraq öz hava məkanları ilə yanaşı Qətərin də hava məkanını bağlayıb. Misir Hava Yolları da Körfəz bölgəsinə uçuşları ləğv etmişdi.

İran dövlət televiziyası Qətərdəki Əl-Udeyd (ABŞ) bazasına üç raketin düşdüyünü açıqlayıb, Qətər Xarici İşlər Nazirliyi isə hücumun qarşısının uğurla alındığını bildirib.

TAHİR

Seçilən
11
baki-xeber.com

1Mənbələr