AZ

Günün ikinci yarısında İrandan Azərbaycana 100 dən çox əcnəbi təxliyə olunub

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Günün ikinci yarısında İrandan Astaraya 100-dən çox əcnəbi keçib.

Oxu.Az bu barədə "Report"a isrtinadən məlumat verir.

Belə ki, İrandan Azərbaycana keçidlə bağlı günün birinci yarısında xüsusi aktivlik müşahidə olunmasa da, axşamdan gecəyarısınadək ümumilikdə 100-dən artıq xarici ölkə vətəndaşı "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə keçərək öz ölkələrinə yola salınıb.

Azərbaycan ərazisindən xüsusi keçid kodu almaqla humanitar dəhliz vasitəsilə təxliyə olunanlar arasında bu gün Kanada, Fransa, Qırğızıstan, ABŞ, Çin, Pakistan, Almaniya, Tacikistan vətəndaşları və meksikalı diplomatlar da olub.

Son saatlarda buraxılış məntəqəsindən keçənlərin böyük əksəriyyətini İranəsilli İtaliya vətəndaşları təşkil edib.

Təxliyə prosesi davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
3
oxu.az

10Mənbələr