ABŞ Prezidenti Donald Tramp İsrail və İranın yaxın saatlarda atəşi tam dayandırmağa razılaşdıqlarını bildirib.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth Social”-dapaylaşım edib.
“İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, “12-ci saatda” bunu İsrail də edəcək: “24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək. Bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi”.