AZ

Nigerdə ​​terror hücumu nəticəsində 71 nəfər ölüb

Nigerin Tillaberi bölgəsində məscidin həyətində toplanan camaata qarşı törədilən terror aktı nəticəsində 71 dinc sakin həlak olub.

APA xəbər verir ki, Tillaberi bölgəsindəki Manda kəndi terror təşkilatının üzvləri tərəfindən hücuma məruz qalıb.

Yerli mətbuatın məlumatına görə, namazdan sonra məscidin həyətinə toplanan camaatı hədəf alan hücumda 71 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

Seçilən
10
1
apa.az

4Mənbələr