AZ

Tramp İranın ABŞ bazalarına hücumdan əvvəl onları məlumatlandırdığını rəsmən təsdiqlədi – “İrana təşəkkür edirəm”


ABŞ prezidenti Donald Tramp ölkəsinin Qətərdə vurulan hava bazası ilə bağlı açıqlama verib. Tramp Qətərdəki Əl-Udeid ABŞ bazasına zərbə endirməzdən əvvəl İranın ABŞ-ı məlumatlandırdığı barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

İranın xəbər verdiyi iddiasını təsdiqləyən Tramp, "Bizi (Qətərdəki hücumla bağlı) məlumatlandırdığı üçün İrana təşəkkür etmək istəyirəm. Bunun sayəsində can itkisi olmadı və yaralanan olmadı" deyib.

Tramp sözlərini İrana xəbərdarlıq tonunda davam etdirərək, "Bəlkə İran indi regionda sülhə doğru irəliləyə bilər və mən İsraili də həvəslə bunu etməyə təşviq edəcəyəm" deyib.

Tramp sözlərini “Təbrik edirəm dünya, indi sülh zamanıdır” sözləri ilə yekunlaşdırıb.

Iddialara görə Qətərdəki ABŞ bazasına zərbə endirməzdən əvvəl İran Qətərə məlumat verib. ABŞ və İsrail mətbuatında yer alan xəbərlərə görə, bu hücum Qətərlə koordinasiyalı şəkildə həyata keçirilib.

Bu arada, Trampın bundan sonra İranla müharibədə İsrailin baş naziri Binyamin Netanyahuya razılaşma təklif edəcəyi iddia edilib. Amerikanın “Axios” saytı Ağ Ev rəsmisinə istinadən yazıb ki, Trampın hazırkı məqsədi müharibəni bitirməkdir.

TAHİR

Seçilən
1
baki-xeber.com

1Mənbələr