AZ

“Lamborghini” şirkəti üçün avtomobil dizayn edən AZƏRBAYCANLI İLƏ MÜSAHİBƏ VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Salyan rayonundan olan bu gənci bir neçə il əvvəl televiziyalarda ixtira etdiyi velosipedlərlə tanımışıq. Bu gün isə həmin gənc artıq öz əsərlərini daha da təkmilləşdirib və dünyaca məşhur şirkətlərin önünə ideya olaraq təklif edir.

Mingəçevir Turizm Kollecini bitirən Aqil İbrahimov Salyan şəhərində anadan olub. 2020-2021-ci illərdə hamımız onu düzəltdiyi qəribə görünüşlü velosipedləri ilə tanıdıq. Aqil bu gün ali təhsilini yekunlaşdırmaq üzrədir və artıq peşəkar avtomobil dizayneri olaraq fərdi fəaliyyət göstərir.

Avtosfer.az-ın studiyasının qonağı olan Aqil bizə indiyə qədər bu istiqamətdə gördüyü işlərdən danışıb. O bildirib ki, dostları ondan velosipedlə başlayıb daha böyük işlər görməyin vacibliyini deyib və bundan sonra Aqil hətta öz avtomobil brendini də yarada bilib:

“Əvvəlcə “YouTube”da avtomobil istehsal edən şirkətlərin videolarına baxdım. Gördüm ki, mənim vərəqdə çəkdiyim şəkillərdən fərqli olaraq, avtomobillərin əvvəlcə standarlatı hazırlanır. Mən ilk dəfə bunu öyrənirdim. Düşündüm ki, bu maşınlar artıq var, bunun üzərində yenidən işləmək yanlış olar. Qərar verdim ki, özümün avtomobil brendimi yaratmalıyam. Baxdım ki, o videolarda avtomobil istehsal edən şirkətlərdə çalışanlar həmin avtomobilə bir sənət əsəri kimi baxır. Onun bütün detalları, bandakı əyriliklər və s. hər biri xüsusi ideyalar əsasında dizayn edilir. Bütün bunları edə biləcəyimə əmin olduqdan sonra işə başaldım”.

Dizayner vurğulayıb ki, gördüyü işlər hətta “Lamborghinİ” şirkətinin diqqətini çəkib və onu Bakıdakı ofisə dəvət ediblər:

“Məni çox xoş qarşıladılar. Hətta maşının içində əyləşib hər bir detala toxunmağa da şərait yaratdılar, təşəkkür edirəm. O detallara toxunduqca mən əmin oldum ki, “Lamborghini” elə bu cür olmalıdır. Mən dinamikanı çox sevirəm. buna görə də sport avtomobillərə xüsusi marağım var. Onların üzərində işləmək, detallara xüsusi diqqət etmək, özümün hazırladığım dizaynlarımda məxsusi bu detalları hazırlamaq məni yormadığı üçün yalnız idman avtomobilləri mənim maraq dairəmdədir”.

Aqil İbrahimovla hazırladığımız həmi müsahibəni sizə təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr