AZ

“PAŞA Bank” “FİNTEX SAMMİT 2025”in sponsorudur

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Bakıdakeçirilən, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindənbiri olan “FİNTEX SAMMİT 2025 – Maliyyə və TexnologiyalarSərgisi”nin sponsorudur.

“Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsalinteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik”mövzusuna həsr olunan sammit regionda rəqəmsal transformasiyanın vəinnovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxışedir. 24-25 iyun 2025-ci il tarixlərində Bakıda Azərbaycan BanklarAssosiasiyası tərəfindən təşkil olunan sammit çərçivəsində 7 panelüzrə yüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyətexnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süniintellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həllərivə dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinəyönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdəməlumatların mühafizəsi üzrə çağırışlar ətrafında da geniş fikirmübadiləi aparılacaq.

Tədbir çərçivəsində “PAŞA Bank”ın Data departamentinin direktoruİlker Kurtuluş “Süni intellekt və böyük məlumatdan istifadə:Banklar 2025-ci ildə ölçüləbilən innovasiyanı necə sürətləndirəbilərlər” adlı paneldə moderator olaraq iştirak edəcək. Paneldəyerli və beynəlxalq ekspertlər süni intellektin konsepsiyadan realnəticələrə çevrilməsi, süni intellektlə səmərəlilik və innovasiyadayeni mərhələnin başlanğıcı, fintexdə ölçüləbilən süni intellektinnovasiyalarının sürətləndirilməsi, müştəri xidmətində süniintellektin tətbiqi və maliyyə sektorunda məlumatlara əsaslanansüni intellekt transformasiyasının gələcəyi mövzularını müzakirəedəcəklər.

Qeyd edək ki, tədbirdə 300-ə yaxın beynəlxalq və regionaltəşkilat iştirak edəcək. Ümumilikdə, 1500-dən çox nümayəndənin, ocümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri,ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatiknümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakıgözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyətexnologiyalarındakı trendləri və qabaqcıl təcrübələribölüşəcək.

“Fintex Sammit” Bakıda hər il keçirilən iki əsas beynəlxalqmaliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isə BeynəlxalqBankçılıq Forumudur.

Seçilən
17
4
az.trend.az

5Mənbələr