AZ

Bu ölkədə terror aktı törədildi - 71 ÖLÜ

Nigerin Tillaberi bölgəsində törədilən terror aktında 71 mülki vətəndaş həyatını itirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Tillaberinin Manda kəndi naməlum silahlı terrorçular tərəfindən hücuma məruz qalıb.

Namazdan sonra məscidin həyətinə toplanan camaatı hədəf alan hücumda 71 nəfər həyatını itirib, ən azı 20 nəfər yaralanıb.

Tillaberi "üç ölkə sərhədi" olaraq bilinən Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Sözügedən sərhəd 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları tərəfindən tez-tez hücumlara məruz qalır.

Seçilən
6
unikal.az

1Mənbələr