AZ

Azərbaycanın sığorta bazarı 12 % ə yaxın böyüyüb

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 719,353 milyon manat sığorta haqqı toplanılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,75 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 314,788 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,5 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,7 manat olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
3
sia.az

10Mənbələr