AZ

Ronaldo “Əl-Nəsr” klubunu tərk etməyəcək

Vətəninfo.az xəbər verir ki, Portuqaliyalı Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxışı davam edəcəyi ehtimal edilir. X səhifəsində yazan jurnalist Nikolo Sciarranın sözlərinə görə, Ronaldo və klub razılığa gəlməyə yaxındır. Sciarranın sözlərinə görə, son həftələrdə bir neçə klub oyunçuya müraciət edib. Bununla belə, o, hazırda çıxış etdiyi komandada qalmağa qərar verib.

Üstəlik, Səudiyyə klubu ilə idmançının nümayəndələri arasında danışıqlar artıq final mərhələsinə qədəm qoyub. Yeni müqavilə 2026-cı ilin yayına kimi qüvvədə olacaq.Mövcud müqavilə bu yay başa çatır. Xatırladaq ki, Ronaldo ötən mövsüm “Əl-Nassr”ın heyətində 35 qol vurub, 4 məhsuldar ötürmə edib və bütün yarışlarda iştirak edib.

Seçilən
5
veteninfo.az

1Mənbələr