AZ

La Liqa klubu italiyalı baş məşqçiyə tapşırıldı

İspaniyanın "Osasuna" klubu yeni baş məşqçisinin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, bu postu 39 yaşlı italiyalı mütəxəssis Alessio Liski tutub. 

Onunla müqavilənin müddəti 2027-ci il iyunun 30-na kimi razılaşdırılıb. Liski komandada bir ildən az vaxt keçirən Visente Morenonu əvəzləyib. Məşqçinin dəyişdirilməsi ilə bağlı qərar 2024/25 mövsümü başa çatdıqdan sonra verilib. 

"Osasuna"ya təyin olunmazdan əvvəl Liski İspaniya Sequndasında "Mirandes"ə rəhbərlik edib. O, komandanı La Liqaya yüksəlmək üçün pley-offun finalına çıxarıb. Həlledici görüşdə uduzsa da, "Osasuna" rəhbərliyi mütəxəssisin əməyini qiymətləndirib və ona müqavilə təklif edib.

"Osasuna" La Liqada son mövsümü 9-cu yerdə başa vurub.
 
Mirağa

Seçilən
1
fanat.az

1Mənbələr