AZ

İİTKM: Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksinə görə reytinqini artırıb

Milli Kibertəhlükəsizlik İndeksinə görə Azərbaycanda görülmüş işlərin fonunda 177 ölkəni əhatə edən beynəlxalq reytinqdə ölkəmizin mövqeyi 82-ci yerdən 20-ci yerə qədər yüksəlib, ümumi bal isə 93,76-ya çatıb.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

"Bundan başqa, nağdsız ödənişlərin genişlənməsi istiqamətində qeyd edə bilərəm ki, 2024-cü ildə ölkədaxili nağdsız kart əməliyyatları 78,9 milyard manata çatıb və bu, 2021-ci illə müqayisədə 6,9 dəfə artım deməkdir. Ödənişlərin 64,2 %-i nağdsız formada həyata keçirilib. Xüsusilə vurğulamaq istərdim ki, elektron ticarət sahəsində də böyük irəliləyişlər əldə olunub. 2024-cü ildə elektron ticarət əməliyyatlarının məbləği 66,5 milyard manat olub və bu, əvvəlki illə müqayisədə 69,6 % artım deməkdir. Eyni zamanda, əməliyyat sayı əvvəlki illə müqayisədə 83,4 % artaraq 1 milyarddan çox olub", - deyə o qeyd edib.

Seçilən
13
1
report.az

2Mənbələr