"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" heyətinə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yunanıstan təmsilçisi "Eştoril"dən (Portuqaliya) Pedro Alvaronu transfer edib. 25 yaşlı müdafiəçinin müqaviləsinin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ev oyununu iyulun 24-də, səfər matçını isə iyulun 31-də keçirəcək.