AZ

Dəməşqdə kilsəyə hücum edən terrorçular məhv ediliblər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya təhlükəsizlik xidməti Dəməşqdə kilsəyə hücum edən İŞİD terrorçularını məhv edib.

Oxu.Az-ın Syria.tv-yə istinadən xəbərinə görə, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, Dəməşqin ətraf ərazilərində - Harasta və Kafr-Batnada təhlükəsizlik qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Mar-Elias kilsəsində törədilən terror aktından sonra xüsusi əməliyyat keçiriblər.

Nəticədə ekstremist dəstənin lideri və onun beş üzvü saxlanılıb, iki silahlı müqavimət göstərərkən öldürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları silah-sursat arsenalı, partlayıcı maddələr və minalanmış motosiklet müsadirə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
8
oxu.az

6Mənbələr