Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Milli Ödəniş Sisteminin (MÖS) təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara uyğun fəaliyyətinin təmin edilməsi əsas prioritetlərdən biridir. 2024-cü ildə MÖS üzrə əməliyyatların həcmi 570.9 milyard manat təşkil edib və bu, 2021-ci illə müqayisədə 3.1 dəfə artım deməkdir. Bu artımın 90%-dən çoxu AZİPS sisteminin payına düşür".
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 - Maliyyə və Texnologiyalar Sərgisi"ndə çıxışı zamanı deyib.
O bildirib ki, digər tərəfdən, mühüm istiqamət kibertəhlükəsizlik sahəsidir:
"Milli Kibertəhlükəsizlik İndeksinə görə Azərbaycanda görülmüş işlərin fonunda 177 ölkəni əhatə edən beynəlxalq reytinqdə ölkəmizin mövqeyi 82-ci yerdən 20-ci yerə qədər yüksəlib, ümumi bal isə 93.76-ya çatıb.
Bundan başqa, 2024-cü ildə ölkədaxili nağdsız kart əməliyyatları 78.9 milyard manata çatıb və bu, 2021-ci illə müqayisədə 6.9 dəfə artım deməkdir. Ödənişlərin 64.2%-i nağdsız formada həyata keçirilib. Xüsusilə vurğulamaq istərdim ki, elektron ticarət sahəsində də böyük irəliləyişlər əldə olunub. 2024-cü ildə elektron ticarət əməliyyatlarının həcmi 66.5 milyard manat olub və bu, əvvəlki illə müqayisədə 69.6% artım deməkdir. Eyni zamanda, əməliyyat sayı əvvəlki illə müqayisədə 83.4% artaraq bir milyarddan çox olub".
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.