“Osasuna” yeni baş məşqçisinin adını açıqlayıb.
Msport.az xəbər verir ki, bu posta 39 yaşlı italiyalı Alessio Liski təyin olunub.
Onunla müqavilənin müddəti 2 illikdir. Liski İspaniya klubunda bir ildən az vaxt keçirən Visente Morenonu əvəzləyib. Liski son olaraq İspaniya Sequndasında “Mirandes”i çalışdırıb.
Qeyd edək ki, “Osasuna” ötən mövsüm La Liqada 9-cu yeri tutub.