AZ

"Bankların kredit portfeli 14% artıb"

Bankların kredit portfeli 14% artıb.

FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxışı zamanı bildirib ki, bankların kredit portfelinin həcmi son 12 ayda 14% artaraq 28.1 milyard manata çatıb.

Zakir Nuriyev vurğulayıb ki, biznes kreditlərinin artım tempi də yüksək səviyyədə qalaraq 11% təşkil edib. Real sektora verilən kreditlərin həcmi isə 15 milyard manat olmaqla, ümumi kredit portfelinin 53%-dən çoxunu əhatə edir.

Banklar sədri əlavə edib ki, kreditlərin dollarlaşma əmsalı 15.2% təşkil edir və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz bəndi azdır.

Cari ilin aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı isə 1.7% səviyyəsindədir.

Seçilən
4
2
fed.az

3Mənbələr