AZ

ABA: İnnovasiya mərkəzi laboratoriyaları maliyyə ekosisteminin gələcək inkişafı üçün əhəmiyyətlidir

Azərbaycanda innovasiya mərkəzi laboratoriyalarının yaradılması ekosistemin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

"Növbəti strateji dövrdə yenilikçi və innovativ həllərin tətbiqinə daha açıq ekosistemin qurulması üçün ilk növbədə maliyyə ekosistemində innovasiyaların tətbiqinə aparıcı rol oynayacaq, ekosistemin iştirakçıları üçün daha uğurlu layihələrin reallaşdırılmasını təmin edəcək innovasiya mərkəzi laboratoriyalarının formalaşdırılması zəruridir. Düşünürük ki, Sinqapur, İtaliya və digər aparıcı ölkələrdə rast gəlinən innovasiya mərkəzi laboratoriyaları daha effektiv layihələrin reallaşdırılmasına dəstək verəcək", - deyə o qeyd edib.

Z.Nuriyevin sözlərinə görə, maliyyə sistemində yeni rəqəmsal dövrün başlanmasında həlledici rol oynayacaq rəqəmsal bankların yaradılması da diqqət mərkəzində saxlanılmalıdır: "Bununla əlaqədar qanunvericilik islahatlarının aparılması çox vacibdir. Rəqəmsal bankçılıq qanunvericiliyinin formalaşdırılması fintex maliyyə sistemində fəaliyyətin daha da genişlənməsinə əlverişli zəmin yaradacaq. Azərbaycan Mərkəzi Bankının (AMB)) istifadəyə verəcəyi açıq bankçılıqa əsaslanan mərkəzləşdirilmiş infrastruktur açıq maliyyə yanaşmasının daha da dərinləşməsinə və uğurla tətbiqinə imkan verəcək. Məhz açıq maliyyə yanaşması maliyyə ekosistemində hörümçək toru prinsipu əsasında qarşılıqlı inteqrasiyasının dərinləşməsinə, ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını qarşılayaraq xidmətlərinin təqdim edilməsinə təkan verəcək".

Onun sözlərinə görə, qarşıdakı dövrlərdə rəqəmsal transformasiya dövründə istehlakçı ehtiyaclarını qarşılayacaq məhsul xidmətlərin təqdim edilməsi, açıq maliyyə yanaşmasının daha uğurlu tətbiqi üçün məhz dövlət qurumları ilə toplanılan məlumatlara çıxış təmin edilməlidir: "Ekosistemdə təhlükəsizlik tədbirləri çərçivəsində fırıldaqçıklıq əməliyyatlarına qarşı mübarizə tədbirləri AMB, aidiyyəti dövlət qurumları və ödəniş xidmətləri təhsilatları arasında sıx koordinasiyanın və məlumatların zamanında bölüşdürülməsini təmin edir".

Seçilən
10
report.az

1Mənbələr