AZ

Klublararası dünya çempionatı: "Bayern Münhen" ilə "Çelsi" növbəti sınağına çıxır

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 3-cü tur çərçivəsində daha 4 görüş baş tutacaq. 

Son turun görüşləri çərçivəsində C və D qruplarında pley-off iştirakçıları müəyyənləşəcək. Qeyd edək ki, C qrupundakı görüşlərin start fiti saat 23:00-da, D qrupunda isə 05:00-da səsləndiriləcək. 

Əvvəlcə "Oklend Siti" (Yeni Zellandiya) ilə "Boka Xuniors" (Argentina) və "Benfika" (Portuqaliya) ilə "Bayern Münhen" (Almaniya) münasibətlərinə aydınlıq gətirəcəklər.

İki turdan sonra "Bayern" 6 xalla liderdir, "Benfika" isə 4 xalla 2-ci yerdə qərarlaşıb. "Boka Xuniors"un 1 xalı var, "Oklend Siti" isə xalsızdır.  

Bakı vaxtı ilə səhərə yaxın isə "Esperans" (Tunis) - "Çelsi" (İngiltərə) və "Los-Anceles" (ABŞ) - "Flamenqo" (Braziliya) qarşılaşmaları baş tutacaq.

"Flamenqo" maksimum nəticə ilə D qrupuna başçılıq edir. "Çelsi" ilə "Esperans"ın hərəyə 3 xalı var. "Los-Anceles" isə xal sevinci yaşamayaraq qrup sonuncusudur. 

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.
 

Seçilən
4
fanat.az

1Mənbələr