AZ

“Rusiya NATO-ya hücum edərsə, cavab Moskva üçün sarsıdıcı olacaq” - Alyansın Baş katibi

“NATO-da geniş yayılmış inam var ki, hazırda Rusiya alyansa hücum edərsə, bizim cavabımız sarsıdıcı olacaq və Moskva da bunu bilir”.

Missiya.Az xəbər verir ki, bunu Nato-nun Baş katibi Mark Rutte deyib.

O, bildirib ki, ancaq buna baxmayaraq, NATO dairələrinin çoxunda narahatlıq var.

Ruttenin sözlərinə görə, NATO-nun qarşıdakı 3-5 il ərzində əlavə müdafiə xərclərinə ehtiyacı olacaq.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr