AZ

Emin Əmrullayev: “500-dən artıq gənc qalib gəlib, olimpiada hərəkatı genişlənir”

Bu il keçirilən Respublika Fənn Olimpiadalarının nəticələrinə əsasən, 500-dən artıq şagird qalib adını qazanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında bildirib.

Nazir bu münasibətlə gəncləri təbrik edərək onların əldə etdiyi uğurları yüksək qiymətləndirib.

E.Əmrullayev bildirib ki, Azərbaycanda olimpiada hərəkatı ildən-ilə genişlənir və bu sahəyə maraq artmaqdadır:

“Respublika Fənn Olimpiadaları ölkəmizdə təhsil və intellektual inkişaf baxımından mühüm rol oynayır. Sevindirici haldır ki, hər il daha çox şagird bu prosesə qoşulur və beynəlxalq səviyyədə də ölkəmizi uğurla təmsil edir.”

Nazir çıxışı zamanı bu prosesin ardıcıl olaraq davam etdiriləcəyini və daha geniş miqyasda həyata keçiriləcəyini qeyd edib.

Əli Hüseynov

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr