AZ

Naxçıvanda mədəniyyət müəssisələrinin maddi texniki bazası gücləndirilir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 24 iyun, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında əksini tapmış layihələrin, habelə investisiya layihələrinin icrası Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dövlət Proqramı çərçivəsində dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, tələbatın müasir standartlara uyğun qurulması məqsədilə 2025-ci il fevralın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “BEETECH” MMC şirkəti arasında bağlanmış müqaviləyə əsasən 26 adda 363 ədəd musiqi aləti alınıb.

Muxtar respublikaya çatdırılan musiqi alətləri yaxın günlərdə aidiyyəti üzrə təhvil veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
azertag.az

2Mənbələr