Cənubi Koreyanın Koson mahalında yerləşən Oceanplant gəmiqayırma zavodunun tərsanəsində “Kyonbuk” (Gyeongbuk) freqatının suya buraxılması mərasimi keçirilib.
Herbiand.az bildirir ki, bu, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan FFX-III (“Çxunnam”) sinifindən olan ikinci gəmidir.
Tədbirdə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin Dəniz Əməliyyatları rəisi, admiral Yonmo Yanq, Müdafiə Alma Administrasiyasının (DAPA) nümayəndəsi Qık Çxol Banq və zavodun baş direktoru Sın Çxol Li də daxil olmaqla 140-dan çox insan iştirak edib.
Freqatın 2026-cı ildə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi gözlənilir. Ümumilikdə, Cənubi Koreya donanması bu tip altı freqat istismara verməyi planlaşdırır.
FFX-III freqatının gövdəsinin uzunluğu 129 metr, eni 14,8 metrdir. Gəminin standart silahlanmasına 127 mm-lik top qurğusu, SSM-700K gəmi əleyhinə raketlər, K-SAAM zenit raketləri və 324 mm-lik K-745 torpedaları daxildir.
Bəxtiyar CƏFƏRLİ