Baku.ws saytına istinadən ain.az xəbər verir.
"Sevgi sərhəd tanımır" deyən bəzi şou nümayəndələri övladlarını Azərbaycandan kilometrlərlə uzağa, yəni xarici ölkələrə gəlin köçürdüblər. Onlar arasında Xalq artisti və Əməkdar artistlətin övladları var. Bəziləri ilk övladını, bəziləri isə gözünün ağı-qarası olan bircə qızını uzaq ölkəyə gəlin köçürüb. Bu ölkələr ABŞ, Niderland, Belçika, əsasən isə Türkiyədir. Bəs görəsən öz sevgisini kilometrlərlə uzaqda tapan bu xanımlar hansı məşhurların övladlarıdır?
Bu dəfə BAKU.WS saytı olaraq qızını xarici ölkələrə gəlin köçürən məşhurları araşdırdıq.
Sözügedən siyahını siz oxuculara təqdim edirik:
Meyxanaçı Vüqar Əbdülov
Meyxanaçı Vüqar Əbdülov qızını Türkiyəyə gəlin köçürüb. Məşhurun övladı Səriyyəyə Ömür adlı bəylə ailə qurub. İfaçının qızı Türkiyənin paytaxtı Ankaraya gəlin köçüb.Səriyyənin toyu bir müddət əvvəl paytaxtda baş tutub.


Xalq artisti Natiq Şirinov
Xalq artisti Natiq Şirinov da qızı Sevili Türkiyəyə gəlin köçürüb. Musiqiçinin övladı Semih adlı bəylə ailə qurub. Cütlüyün qız toyu Bakıda, oğlan toyu isə Turkiyənin Elazığ şəhərində baş tutub. Hazırda onlar Türkiyədə yaşayırlar.


Əməkdar artist Nüşabə Ələsgərli
Əməkdar artist Nüşabə Ələsgərli də qızını xarici ölkəyə gəlin köçürən məşhurlar sırasındadır. Onun qızı Nigar Türkiyə vətəndaşı Doğanla ailə həyatı qurub. Nigarın toyu paytaxtın dəbdəbəli məkanlarından birində toyu baş tutub. İfaçı qızını Belçikaya gəlin köçürüb. Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışır.
Müğənni Nüşabə Musayeva
Müğənni Nüşabə Musayeva da qızını xarici ölkəyə gəlin köçürüb. Onun övladı Elnarə türk vətəndaşı Oğuzhan Kaya ilə ailə qurub. Onların toyu paytaxtın lüks restoranların birində keçirilib. İkinci toy isə Türkiyədə baş tutub.


Aşıq Ulduz Sönməz
Əməkdar Mədəniyyət işçisi, aşıq Ulduzun da müğənni qızı Sadaqət Ulduz xarici ölkəyə gəlin köçüb. O hazırda həyat yoldaşı ilə Niderlandda yaşayır. Ötən il cütlüyün Rəsul və Rəhim adlı övladları dünyaya gəlib.


Meyxanaçı Ağamirzə Məmmədov
Tanınmış meyxanaçı Ağamirzə Məmmədov da qızını xaricə gəlin köçürüb. O övladının toyunun bu il iyunun 9-da ABŞ-də baş tutduğunu qeyd edib. Söz ustadı sənədləri düzəlmədiyindən mərasimdə iştirak edə bilməyib. Buna baxmayaraq, müğənni Elariz Məmmədoğlu onun qızının xeyir işində iştirak edib.

Əməkdar artist Mətanət İsgəndərli
Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər türkiyəli iş adamı Enginlə ailə qurub. Cütlüyün qız toyu Bakıda baş tutub. Bir övladı olan Ülkər həyat yoldaşı ilə Antaliyada yaşayır.


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.