AZ

Niderland və Ukrayna 600 min dronun istehsalı üçün müqavilələr imzalayıb

Niderland Ukrayna şirkətləri ilə 600 min dronun istehsalı üçün müqavilələr imzalayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz Ukrayna şirkətləri ilə 600 min pilotsuz uçuş aparatının (PUA) istehsalı üçün müqavilələr imzaladıq. Söhbət ümumi məbləği təxminən 500 milyon avro olan dronların istehsalından gedir", - o qeyd edib.

Daha əvvəl Niderland və Ukraynanın müasir PUA-ların hazırlanması üzərində birgə işləyəcəyi barədə məlumat verilmişdi. Onların demək olar ki, yarısı Niderlandda hazırlanacaq.

Seçilən
24
50
report.az

10Mənbələr