Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalayan "Turan Tovuz" bu səviyyədə ən azı daha iki transfer həyata keçirməyi düşünür.

Rekord.az-a daxil olan məlumata görə, yeni mövsüm üçün daha iddialı heyət formlaşdırmağı düşünən rəhbərlik transfer büdcəsini də artırıb.

Hazırda əlavə bir neçə əcnəbi futbolçu ilə də danışıqlar davam edir.