AZ

İran körfəzindəki gərginlik fonunda Qazaxıstan Dubay və Dohaya aviareysləri təxirə salıb

Astana. Trend:

Qazaxıstan aviaşirkətləri Yaxın Şərqdə hərbi-siyasi vəziyyətinkəskin şəkildə gərginləşməsi fonunda Dubay və Dohaya uçuşlarımüvəqqəti olaraq dayandırıblar.

Trend bu barədəQazaxıstanın Aviasiya Administrasiyasına isitinadən xəbərverir.

Qərar regionda bir neçə ölkədə, o cümlədən, İsrail, İran, İraq,İordaniya, Livan, Küveyt, Bəhreyn və BƏƏ-də hava məkanınınbağlanması və ya uçuşların məhdudlaşdırılması ilə əlaqədar qəbuledilib. Əsas təhlükələr silah tətbiqi ehtimalı, naviqasiyapozuntuları və hava hücumundan müdafiə sistemlərinin fəallığı iləbağlıdır ki, bu da mülki aviasiya üçün uçuşları təhlükəli edir.

“Reyslərin ləğvi məcburi xarakter daşıyır və beynəlxalqtəcrübəyə uyğundur. Əsas prioritet sərnişinlərin və ekipajüzvlərinin təhlükəsizliyidir”, – deyə Aviasiya Administrasiyasındanbildirilib.

Qurumun məlumatına görə, bu dəyişikliklər 1 051-i gələn, 683-üisə gedən reyslər üzrə olmaqla ümumilikdə 1 734 sərnişinə təsiredib. Bütün sərnişinlərə isti yeməklə təminat, mehmanxanayerləşməsi, transfer xidməti, həmçinin biletlərin pulsuzdəyişdirilməsi və ya tam şəkildə qaytarılması imkanı təqdimolunub.

Air France-KLM, United, American Airlines və Japan Airlines kimibeynəlxalq daşıyıcılar da regiona uçuşları ləğv ediblər. QatarAirways və Etihad uçuş cədvəllərini tənzimləyib, Emirates isəuçuşlarını münaqişə zonasını keçmədən həyata keçirir.

Məqalədə:
Seçilən
112
az.trend.az

1Mənbələr