AZ

Mərkəzi Bank fırıldaqçılıq əməliyyatlarına qarşı mərkəzləşdirilmiş sistem ististifadəyə verəcək

Fırıldaqçılıqla mübarizədə məlumat mübadiləsi və əməkdaşlıq əsasdır.

FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev Bakıda keçirilən FINTEX Sammitində banklar, fintexlər, Mərkəzi Bank və digər dövlət qurumları arasında fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizənin gücləndirilməsi barədə danışıb.

Zakir Nuriyev bildirib ki, fırıldaqçılıqla mübarizə tədbirləri çərçivəsində tərəflər arasında əməkdaşlıq platformaları və kommunikasiya əlaqələri qurulur. Məqsəd maliyyə ekosisteminin iştirakçıları ilə aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsini daha səmərəli təşkil etməklə mümkün fırıldaqçılıq hallarının qarşısını almaqdır.

ABA sədri əlavə edib ki, ekosistemdə təhlükəsizlik tədbirləri çərçivəsində banklar, dövlət qurumları və ödəniş xidməti təminatçıları arasında sıx koordinasiya və vaxtında məlumat paylaşılması təmin olunmalıdır. Bu məqsədlə Mərkəzi Bank tərəfindən istifadəyə veriləcək mərkəzləşdirilmiş sistem fırıldaqçılıqla mübarizədə daha çevik və effektiv reaksiyanın göstərilməsinə imkan yaradacaq.

Seçilən
3
fed.az

1Mənbələr