AZ

"Qərb Kiyevə atəşkəs üçün yalvarır" - Lavrov

"Qərb Kiyevdən ilkin şərt olmadan dərhal atəşkəs üçün yalvarır, Volodimir Zelenskinin bir neçə il əvvəl qəti şəkildə rədd etdiyi atəşkəs üçün...". 

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 

Rusiya XİN rəhbəri xatırladıb ki, əvvəlcə Qərb və Ukrayna “döyüş meydanında Rusiyaya strateji məğlubiyyət” verməyi planlaşdırırdılar, sonra onlar Moskvanın necə “qalib gəlməməsi” haqda danışmağa başladılar.

"İndi də onlar ilkin şərt olmadan dərhal atəşkəs tələb edir, xahiş edir, yalvarırlar. Məhz bu, bir neçə il əvvəl Zelenskinin qəti şəkildə imtina etdiyi atəşkəsdir", - nazir qeyd edib.

Seçilən
6
1
unikal.az

2Mənbələr