AZ

Həzm sistemini yaxşılaşdıran qidalar - EKSPERT AÇIQLADI

İnsan sağlamlığının əsas təməl daşlarından biri düzgün həzm sistemidir. Həzm sistemi orqanizmin enerji və qida maddələrini əldə etməsi üçün həyati əhəmiyyətə malikdir. Bu sistemin düzgün və effektiv işləməsi üçün isə düzgün və balanslı qidalanma əsas şərtdir.

Bəs həzm sistemini yaxşılaşdıran qidalar hansılardır?

Mövzu ilə qida eksperti Fərid Səfərov Operativ Media-ya açıqlama verib.

O, bildirib ki, həzm sistemini yaxşılaşdıran qidalar həzm prosesini asanlaşdırır, bağırsaqların fəaliyyətini tənzimləyir və ümumi mədə-bağırsaq sağlamlığına dəstək verir. 

Həzm sistemini yaxşılaşdıran qidalar bunlardır:

  • Liflə zəngin qidalar: Tərəvəzlər: brokoli, ispanaq, kələm, yerkökü. Meyvələr: alma, armud, gavalı, moruq.
  • Bütöv taxıllar: yulaf, bulqur.
  • Fermentləşdirilmiş qidalar: Qatıq və kefir, turşu (duzsuz və ya az duzlu).
  • Sağlam yağlar:  Avokado, zeytun yağı, qoz, fındıq, badam.
  • Təbii həzm fermentləri olan qidalar: Ananas, zəncəfil (həzmə kömək edir, iltihabı azaldır).
  • Bol su qəbulu: Gün boyu kifayət qədər su içmək qəbizliyi aradan qaldırır.
  • Bitki çayları (zəncəfil, nanə, razyana) da həzmə kömək edir. 

Ekspert qeyd edib ki, həzm sistemini dəstəkləmək üçün yeməkləri yaxşı çeynəmək, yavaş-yavaş yemək və qida rasionunuza mütəmadi olaraq lif, su və probiotiklər əlavə etmək çox vacibdir.

Seçilən
23
operativmedia.az

1Mənbələr