ain.az bildirir, Azertag portalına istinadən.
Mingəçevir, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunuldu, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.