Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olublar.
"Gənc arıçı" layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.
Qeyd edək ki, layihə iştirakçısı Sevinc Dadaşovanın atası Adıgözəl Səfərov 1994-cü ildə ümummilli lider Heydər Əliyevlə görüşüb, onun dəstəyi sayəsində Azərbaycan Fermer Təsərrüfatları İttifaqı tərəfindən ABŞ-nin Ayova ştatına kənd təsərrüfatı və fermerlik sahəsində təcrübə mübadiləsi proqramına göndərilib.
Leyla Əliyeva səfərlə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik: