AZ

Milyarderin toyuna görə yollar bağlandı

“Amazon”un qurucusu, dünyanın ən zəngin insanlarından olan 61 yaşlı Ceff Bezos və 55 yaşlı Lauren Sançez Venesiyada evlənməyə hazırlaşır.


Kulis.az xəbər verir ki, cütlük Venesiyadakı San Corcio adasını qonaqlar üçün 6 günlük tamamilə icarəyə götürdüyü xəbər verilib. Dünyaca məşhur şəxslərin axın edəcəyi şəhərin bir çox yerləri milyarderin toyuna görə bağlanıb.Cütlüyün toy günü ilə bağlı detallar gizli saxlanılır. Toyun 27-29 iyun tarixləri arasında baş tutacağı gözlənilir.


Qeyd edək ki, cütlüyün toyuna qatılacaq məşhur şəxslər arasında ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşerin də olacağıgözlənilir.

Seçilən
7
2
kulis.az

3Mənbələr