AZ

Pikassonun əsərinə boya atıldı: Monrealdakı muzeydə etiraz aksiyası

Pikassonun

Monreal Gözəl Sənətlər Muzeyində “Kanadanın Sonuncu Nəsli” hərəkatının fəalı 19 iyun tarixində Pablo Pikassonun 1901-ci ilə aid “L’htare” əsərinə çəhrayı boya ataraq vandalizm aktı törədib. Bu barədə Montreal Gazette məlumat yayıb.Fəal bu hərəkətini belə izah edib: dövlət sənət əsərlərinin qorunmasına xalqın ehtiyaclarından qat-qat çox pul xərcləyir.“Sənət yalnız insanlar yaşadığı zaman çiçəklənir, sağ qalmağa çalışdığı zaman yox. Manitoba yanğın içindədir – bəs kimdə qalıb indi növbəti Pikasso olmağa güc və zaman?” – deyə o bildirib.Gənc saxlanılıb, lakin daha sonra məhkəməyə qədər sərbəst buraxılıb. Muzey nümayəndələri isə əsərin zərər görmədiyini, çünki qoruyucu şüşə ilə örtüldüyünü bildiriblər.Montreal Gazette qeyd edir ki, son həftələrdə bu hərəkatın fəalları Monrealdakı kazino və bank binalarına da çəhrayı boya atıblar. Onların məqsədi – hökumətdən iqlim fəlakətlərinə qarşı müdafiə agentliyinin yaradılması və yanğınlar, təbii fəlakətlər səbəbilə evlərini itirən insanlara yardım edilməsini tələb etməkdir.Qeyd edək ki, may ayının sonunda Manitoba vilayətinin baş naziri Vab Kinyu meşə yanğınları səbəbilə 17 min insanın təxliyə edildiyini elan etmişdi.Ulusum.az

Diqqət Çəkənlər

12 Günlük Müharibə Bitdi? Tramp İsrail və İranı Barışdırdı?

İsrail doğrudan qələbə çaldı, yoxsa Taktiki Gediş etdi?

Atəşkəs Pozuldu? – İsrail İranı Raket Zərbəsində Günahlandırdı

Seçilən
3
ulusum.az

1Mənbələr