Rusiya Ukraynada tətbiq edilən bütün hərbi yenilikləri “2-3 həftə ərzində” uyğunlaşdırır və qəbul edir.
Herbiand.az xəbər verir ki, b fikirləri NATO-nun baş katibi Mark Rutte alyansın Haaqa sammiti ərəfəsində NATO İctimai Forumunda bildirib.
Baş katib növbəti dəfə Rusiya ilə qarşıdurmaya fəal hazırlığa çağırıb.
"Rusiya ukraynalıların ona qarşı istifadə etdiyi hər şeyi 2-3 həftə ərzində qəbul edir. Bu, bizi NATO-da 3,5 il əvvəl NATO-nun malik olduğu bütün əsas hərbi konsepsiyalarımızı yenidən nəzərdən keçirməyə məcbur edir”.
Rutte onu da əlavə edib ki, NATO müharibənin bütün dərslərini mənimsəyir. Onun sözlərinə görə, alyans Ukraynada görülən hər şeyi gündəlik olaraq öyrənir.