AZ

İraq: Hərbi məntəqələr və bazalar PUA hücumlarına məruz qalır

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İraq Silahlı Qüvvələrinin komandanı və baş nazir Məhəmməd Şia əl-Sudaninin sözçüsü Sabah əl-Numan məsələ ilə bağlı yazılı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, İraq rəhbərliyi ölkədəki bir sıra hərbi baza və məntəqələrin pilotsuz uçuş aparatları  tərəfindən hədəf alındığını və bazalardakı radar sistemlərinin zədələndiyini bildirib.

"Saat 02:15-03:45 arasında həyata keçirilən hücumlar nəticəsində Bağdadın şimalındakı əl-Taci hərbi bazası və Diqar vilayətindəki İmam Əli bazasındakı radar sistemlərinə böyük ziyan dəyib", əl-Numan qeyd edib.

Bu hücumlarda can itkisinin olmadığını bildirən baş nazir hədəf alınan bütün məntəqələrin İraq təhlükəsizlik qüvvələrinə aid hərbi bölgələr olduğunu və bu ərazilərin hamısının İraq təhlükəsizlik qüvvələri tərəfindən idarə edildiyini bildirib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
bakivaxti.az

1Mənbələr