AZ

“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin əsas qarantıdır”

Qarşıdan 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü gəlir.

Bu əlamətdar günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Azərbaycan Ordusunun regional sülh və təhlükəsizliyin təminindəki həyati roluna diqqət çəkib:

“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Bunu 44 günlük Vətən müahribəsi bir daha sübut etdi. Bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəti və parlaq zəfər əldə edən Azərbaycan Silahlı Qüvvələri, bütün region üçün ciddi təhdid mənbəyinə çevrilən erməni faşizminə ölümcül zərbə vurdu. Regionda erməni terrorunun, təxribatlarının qarşısı qətiyyətlə aldı.

Azərbaycan Silahlı Qüvvələri bu gün də Cənubi Qafqazda təhlükəsizliyin əsas təminatçısıdır. Ordumuz regionda istənilən terror və təxribatın qarşısının alınmasında, sabitliyin təmin  edilməsində həlledici rol oynayır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi, öz qüdrətini daha da artırması müşahidə edilir ki, bu da hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu gün Azərbaycan Ordusu dünya orduları içərisində öz gücünə, peşəkarlığına görə qabaqcıl yerlərdən birini tutur. Bunu beynəlxalq qurumların açıqladığı statistikalar da sübut edir.

Mən Müzəffər Ali Baş Komandanımızı, Silahlı Qüvvələrimizin hər bir hərbçisini qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, hər bir zabitimizə, hər bir əsgərimizə müvəffəqiyyətlər  arzulayıram. Azərbaycan Ordusu Azərbaycan xalqının qürur mənbəyidir və hər zaman belə qalacaq”.

Seymur ƏLİYEV

 

Seçilən
5
moderator.az

1Mənbələr