AZ

"Neftçi"nin ÇL-dəki rəqibi bilindi

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olub.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" IV qrupda Türkiyənin “Fomget” klubu ilə qarşılaşacaqlar.

Təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyə klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.

"Neftçi" ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.

Seçilən
10
2
fanat.az

5Mənbələr