Klublararası dünya çempionatının 1/8 finalında "İnter Mayami" ilə üz-üzə gələcək PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Lionel Messinin komandası ilə görüş ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "L’Équipe" belə çatdırıb:
"Messi ilə üz-üzə gəlmək əla olar. Onunla iki il PSJ-də oynamışam və gözəl günlər keçirmişik. Meydanda dost yoxdur. O da qalib gəlmək istəyir, biz də".
"İnter Mayami" "Palmeyras"la heç-heçə edərək (2:2) adını 1/8 finala yazdırıb. ABŞ təmsilçisi 80-ci dəqiqəyə qədər 2:0 hesabı ilə öndə olsa da, braziliyalılar yenilgidən qurtulmağı bacarıblar.
Nihat