Müharibə davam edərkən bütün məhsullar Müdafiə Qüvvələrinin ehtiyaclarına göndəriləcək. Döyüşlər bitdikdən sonra isə Böyük Britaniya və Ukrayna istehsal olunan pilotsuz təyyarələri öz aralarında bölüşdürəcəklər.
Herbiand.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Ukraynanın müdafiə naziri Rustem Umerov prezident Vladimir Zelenski və Böyük Britanıyanın baş naziri Kir Starmer arasında razılaşdırılan pilotsuz təyyarələrin istehsalı üzrə Ukrayna-Britaniya birgə layihəsinin təfərrüatlarını açıqlayıb.
Müdafiə Nazirliyinin Telegram kanalında yayılan məlumata görə, təşəbbüs Britaniya müdafiə şirkətlərinə geniş miqyasda müasir dronları tez bir zamanda dizayn və istehsal etməyə imkan verir.
Umerov qeyd edib ki, ilk üç il ərzində ingilislər Böyük Britaniyada istehsal olunacaq Ukrayna pilotsuz təyyarələrin bütün seriyasının alınmasını maliyyələşdirəcək: “Müharibə davam etdiyi müddətdə bütün məhsullar Müdafiə Qüvvələrinin ehtiyaclarına göndəriləcək. Müharibə bitdikdən sonra Böyük Britaniya və Ukrayna istehsal olunan pilotsuz təyyarələri öz aralarında paylayacaqlar”.
Onun sözlərinə görə, əməkdaşlıq qabaqcıl texnologiyaların miqyasını genişləndirməyə, pilotsuz təyyarələrin istehsalını artırmağa və müdafiə sənayemizin inteqrasiyasını asanlaşdıracaq.
Bəxtiyar CƏFƏRLİ