Rusiyanın Kursk vilayətində qarətçilər Sudjanski rayonunun hərbi polis rəisini öldürüblər. Hadisə hərbi polis rəisinin onları saxlamağa cəhd edən zaman baş verib.
Herbiand.az bildirir ki, Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteynin mətbuat xidmətinin verdiyi məlumata görə, hərbi polis rəisi Aleksey Jarov talançıları saxlayarkən öz xidməti borcunu yerinə yetirən zaman həlak olub.
“Onun bir qrup talançının saxlanmasına cəhd etdiyi zaman göstərdiyi qəhrəmanlıq əsl vətənpərvərlik və vəzifə borcuna sədaqətinin bariz nümunəsi oldu”, - Xinşteyn əlavə edib.
Onun sözlərinə görə, Jarov Korenevskidə, sonra isə Qluşkovski və Sudjanski rayonlarında xidmət edib, sərhəddə qalan sakinlərə kömək edib.
Bəxtiyar CƏFƏRLİ