Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illikyubileyinə həsr olunan “İnşaatın müasir problemləri” (MCEP 2025)mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfrans AzMİU, Türkiyənin İstanbul Texniki Universiteti,Xorvatiyanın North Universiteti və Azərbaycan RespublikasınınFövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsindəreallaşıb. Elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanantədbir inşaat və memarlıq sahəsində aktual problemlərin elmiəsaslarla müzakirəsinə, yeni yanaşmaların təqdimatına və beynəlxalqəməkdaşlığın genişləndirilməsinə xidmət edib.
Açılış mərasimində AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova, İstanbul Texniki Universitetinin prorektoru professorŞenol Ataoğlu, Fövqəladə Hallar Nazirliyinin TikintidəTəhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini ElxanƏsədov, North Universitetinin professoru Jelko Kos salamlamanitqləri ilə çıxış ediblər.
Rektor professor Gülçöhrə Məmmədova AzMİU-nun 50 illikfəaliyyətinin qısa tarixinə nəzər salıb. Bildirib ki, AzMİUümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilkillərdə, məhz onun təşəbbüsü ilə yaradılıb. O dövrdə universitetQafqazda memarlıq və inşaat mühəndisləri üzrə ixtisaslaşan ilk vəyeganə ali təhsil müəssisəsi olub.
Rektor 50 il ərzində əldə olunan nailiyyətlərdən söz açaraqbildirib ki, universitetin məzunları bu gün Azərbaycanın memarlıq,inşaat, hidrotexniki tikinti, nəqliyyat, informasiyatexnologiyaları və iqtisadiyyat sahələrində uğurla fəaliyyətgöstərir və bu sahələrdə aparıcı mövqelərə sahibdirlər. Onlar, ocümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma vəbərpa işlərinə də fəal şəkildə cəlb olunublar və dağıdılmış kənd vəşəhərlərin bərpasında böyük həvəslə çalışıllar.
Gülçöhrə Məmmədova elmi-tədqiqat sahəsində görülən işlərətoxunaraq vurğulayıb ki, bu gün elmə verilən əsas tələblərdən biribeynəlmiləlləşmədir. Elmin ən qabaqcıl istiqamətlərinə inteqrasiyaolunmaqla həm milli elmin inkişafına nail olmaq, həm də ölkəmizibeynəlxalq miqyasda tanıtmaq mümkündür. Onun fikrincə, bu sahədəAzMİU-da son illər ərzində ciddi irəliləyişlər əldə olunub.
Rektorun sözlərinə görə beynəlxalq elmi əlaqələrin qurulması vəmöhkəmləndirilməsi hazırda xarici tərəfdaş universitetlərləəməkdaşlığın əsas istiqamətini təşkil edir. Bu gün universitetdəkeçirilən konfrans həmin əlaqələrin inkişafına mühüm töhfə verəcək,AzMİU alimlərinin apardığı tədqiqatların tərəfdaş universitetlərinnümayəndələri ilə bölüşülməsi, onların araşdırmalarının qarşılıqlımüzakirəsi elmi əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.
Konfransda çıxış edən İstanbul Texniki Universitetininprorektoru professor Şenol Ataoğlu təmsil etdiyi universitetləAzMİU arasında qurulan sağlam əməkdaşlığa diqqət çəkib. Professorkonfransın bu əməkdaşlığın nəticəsi olaraq təşkil olunduğunu və elmaləmi üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyinin rəis müavini Elxan Əsədov çıxışında bu cürtədbirlərin inşaat sahəsində çalışan mütəxəssislər üçün effektivtəcrübə və məlumat mübadiləsi platforması olduğunu deyib. O, buformatda keçirilən görüşlərin tikinti sahəsinin aktualproblemlərinin araşdırılması və həll yollarının tapılmasıbaxımından xüsusi önəm kəsb etdiyini söyləyib.
North Universitetinin professoru Jelko Kos da çıxış edərəkkonfransın əhəmiyyətindən söhbət açıb. Onun sözlərinə görə, bu cürgörüşlər qlobal səviyyədə elmi tərəfdaşlığın inkişafına, eləcə dəbilik və təcrübə mübadiləsinin təşviqinə xüsusi fayda verir.
Sonra konfransın plenar sessiyasında rektor professor GülçöhrəMəmmədova “Keçmiş və müasirlik: Qərbi Azərbaycanın tarixi memarlıqirsi haqqında” adlı təqdimatla çıxış edib. Rektor Qərbi Azərbaycanərazisində – xüsusilə İrəvan şəhərində baş vermiş mədəni vəmemarlıq irsinin dağıdılması prosesindən danışıb.
Professorun sözlərinə görə, 1924-cü ildə təqdim olunan başplanda İrəvan xanlığı dövründə formalaşmış və daha qədim dövrlərəaid tarixi abidələrin tamamilə məhv edilməsi və onların yerindəyeni şəhərsalma konsepsiyasına uyğun tamamilə fərqli bir şəhərininşası nəzərdə tutulmuşdu.
“Bu plan təkcə memarlıq baxımından deyil, həm də etnik vəideoloji yönümlü bir layihə idi. Azərbaycanlılara məxsus tariximərkəz, memarlıq irsi və məhəllələr ardıcıl şəkildə sökülərəksilindi. Tarixi simanın planlı şəkildə dəyişdirilməsi nəticəsindəazərbaycanlıların şəhərdəki izi aradan qaldırıldı”, – deyə GülçöhrəMəmmədova vurğulayıb.
Sonra dünya şöhrətli alim Münhen Helmholtz Mərkəzi İnstitutununprofessoru, AzMİU rektorunun müşaviri Məsud Əfəndiyevin “Sənayedənkimyəvi reaktorların dizaynı”, İstanbul Texniki Universitetininprorektoru professor Şenol Ataoğlunun “Stress analizi üçün güclüüsul: Fotoelastiklik metodu – İstanbul Texniki UniversitetininEksperimental Mexanika Laboratoriyasından bəzi nümunələr”mövzusunda təqdimatlarına keçilib.
Konfrans çərçivəsində universitetin müxtəlif auditoriyalarındaparalel bölmə iclasları keçirilib. Müzakirələr memarlıq vəşəhərsalmadan tutmuş inşaat konstruksiyaları və texnologiyalarına,tətbiqi riyaziyyat və mexanikadan geotexnika, nəqliyyat vəhidrotexniki qurğuların tikintisinə, eləcə də materialşünaslıq,infrastruktur sistemləri, iqtisadiyyat və idarəetmə sahələrinəqədər geniş spektri əhatə edib.
İki gün ərzində keçirilən iclaslarda ümumilikdə 13 ölkədən 194elmi məruzə dinləniləcək. Bunların 159-u Azərbaycan alimlərinə,35-i isə xarici tədqiqatçılara məxsus olacaq. Konfransda Türkiyə,Almaniya, Çin, Xorvatiya, Slovakiya, İran, Cənubi Koreya, İtaliya,Portuqaliya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Yunanıstan kimiölkələr təmsil olunub.
Təqdim olunan məqalələrdə müasir mühəndislik çağırışları,dayanıqlı tikinti texnologiyaları, ağıllı şəhərsalma həlləri,enerji səmərəliliyi və yeni infrastruktur modelləri kimi aktualmövzulara elmi yanaşmalar irəli sürülüb.
MCEP 2025 konfransı mühəndislik və memarlıq sahəsində biliklərininteqrasiyası, elmi ideyaların real layihələrə çevrilməsi vəbeynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsi baxımındanyüksək dəyərləndirilib.