İranın siyasi məhbusların saxlandığı Evin həbsxanasına edilən hava hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Publika.az xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə komissarı Tamin əl-Hitan çərşənbə axşamı Cenevrədə İsrailin adını çəkmədən jurnalistlərə deyib:
"Evin həbsxanası hərbi məqsəd deyil və onu hədəfə almaq beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır".
Onun sözlərinə görə, ofisinə obyekt daxilində yanğınlar və naməlum sayda yaralılar barədə məlumat daxil olub.